Azer2

Azer2 İdman 22-05-2022, 09:00

"Bavariya" Noyerlə razılığa gələ bilmir

"Bavariya" Noyerlə razılığa gələ bilmir
"Bavariya" qapıçısı Manuel Noyerlə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.

Bu barədə "Kicker" nəşri məlumat yayıb. Bildirilib ki, 36 yaşlıq qolkiper 3 illik yeni müqavilə imzalamaqda qərarlıdır. Lakin Münhen təmsilçisinin rəhbərliyi Noyerin bu qədər uzun müddət yüksək səviyyədə oynaya biləcəyinə şübhə edir. Buna görə klub ona yalnız qısamüddətli müqavilə təklif etməyə hazırdır.

Noyerin növbəti mövsümün əvvəlinə kimi gözləməyə hazır olduğu vurğulanıb. O, yeni müqavilə imzalanmasına layiq olduğunu sübut etməyə çalışacaq. "Bavariya"nın kapitanı klub rəhbərliyi ilə münasibətləri pisləşdirmək istəmir. Qapıçı bu vəziyyətin mətbuatda böyük rezonansa səbəb ola biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, Noyerin "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 390 364 389 375 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.