n2006

n2006 Mətbəx 11-06-2022, 09:00

Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenye

Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenye
Nanəli peçenye yalnız gözəl rəngdə deyil, həm də çox dadlı və ətirlidir. Zərif və yumşaq nanəli peçenye bir stəkan çay üçün gözəl bir ziyafətdir. LoaDinG.Az nanəli peçenyenin reseptini təqdim edir.

Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenyenin tərkibi:
30 qr təzə nanə yarpağı
100 qr şəkər tozu
100 qr kərə yağı
1 ədəd yumurta
200 qr un
0,5 çay qaşığı qabartma tozu
Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenyenin hazırlanma qaydası:
İlk öncə təzə nanə yarpaqlarını yuyun və qurudun. Dərin bir qaba təzə nanə yarpaqlarını töküb üzərinə şəkər tozu əlavə edin, qarışdırın. Nanə və şəkər tozunu blenderlə pür halına gələnə qədər qarışdırın. Daha sonra Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və yumurta əlavə edib qarışdırın. Un və qabartma tozunu hissə-hissə yaşıl kütləyə əlavə edib xəmir yoğurun. Xəmir yumşaq və ələ yapışqan olmalıdır. Peçenyelərin yumşaq üçün daha çox un əlavə etmək lazım deyil. Xəmirin əllərinizə yapışmaması üçün əlinizi su ilə nəmləndirin. Yaş əllərlə kiçik parçalar ayırın, orta ölçülü toplar düzəldin və yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenyeləri çəngəllə hamarlayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 13-15 dəqiqə bişirin. Bişən peçenyeləri sobada çox saxlamayın, əks halda peçenye gözəl yaşıl rəngini itirəcək.





Çayın Yanına Yaşıl Rəngli Nanəli Peçenye











Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
738 697 659 560 654 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.