n2006

n2006 Gözəllik 11-06-2022, 14:30

Koreyalı qadınlar dərilərinə necə qulluq edirlər?

Koreyalı qadınlar dərilərinə necə qulluq edirlər?
Koreyalı qadınların möhtəşəm görünən dərilərinin əlbəttə ki, bir sirri var. Koreyalı qadınlar kiçik yaşlarından etibarən gözəl dəriyə sahib olmağı sevirlər. Buna əsasən dəriyə qulluq üsulları ilə nail olurlar. Koreyalıların "Glass skin" adlandırdığı dəri formasına nail olmağın yollarını təqdim edirik.

1. Dərini təmizləmək




Burada əsas məqam odur ki, makiyajsız olduqda belə dəri tamamən təmizlənməlidir. Dəri təmizləyən məhsulla 3-5 dəqiqə ərzində üzünüzü ovuşduraraq dərinizin yağlardan və makiyaj qalıqlarından arınmasını təmin etməlisiniz.

2. Məsamələri təmizləmək



Məsamələrin təmiz və kiçik olması koreyalı qadınların gözəllik anlayışında mühüm yer tutur. Bu addım üçün dərini ölü dərilərdən təmizləyəcək bir scruba və ya peelingə ehtiyac var. Üzünüzü qıcıqlandırmayan məhsullarla məsamələrdən xilas ola bilərsiniz.

3. Toniklə təmizləmək



Keyfiyyətli toniklərdən istifadə etmək lazımdır. Pambıqla dərinizi incitmədən kirlərdən tonikin köməyi ilə qurtula bilərsiniz.

4. Maska



Nəmləndirən və yumşaldan bir maska istifadə etmək dəriyə yaxşı təsir edəcək. Maska çeşidi seçərkən əsasən onun islaqlığına və tərkibinin zənginliyinə önəm verilməlidir.

5. Esans - Essence



Bu addım Koreyada olduqca məşhurdur. Ciddi təsir yaradan bir məhsuldur. Dəri tərəfindən tamamilə sorulması bu addımın əsas şərtidir.

6. Serum



Dəriyə serum çəkərkən ən vacib məsələlərdən biri də məhsulun masaj yolu ilə tam sorulmasını təmin etməkdir. Koreyalı qadınlar dərilərinə serum çəkərkən masaj alətləri istifadə edirlər.

7. Məsamələri sıxlaşdırmaq



Məsamələri sıxlaşdırmaq üçün nəzərdə tutulmuş bir çox məhsul vardır. Gel formalı məhsullara üstünlük vermək daha məqsədəuyğundur. Məsamələr sıxlaşdıqca makiyaj daha gözəl təsir bağışlayacaq.

8. Göz çevrəsi kremi



Göz altındakı şişkinliklərin aradan qaldırılması koreyalı qadınlar üçün çox önəmlidir. Son vaxtlar metal toplarla masaj edilərək tətbiq olunan göz çevrəsi kremləri xüsusən məşhurdur.

9. Nəmləndirmə



Nəmləndirmə hər növ dəri üçün vacib addımdır. Dəri tez-tez nəmləndirici ilə masaj edilməlidir. Dərinin parlaqlığını artıran bu addım həmçinin quruluqlara və gərilmələrə imkan yaratmır.

10. Günəşdən qoruyucu

Koreyalı qadınlar dərilərinə necə qulluq edirlər?

Dəriyə qulluğu gündüz edirsinizsə, günəşdən qoruyucu da istifadə etməlisiniz. Koreyalı qadınlar bəyaz dərili olduqları üçün günəş altında yanmaq onlar üçün yolverilməzdir. Buna görə günəşdən qoruyucu istifadə etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 685 573 587 668 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.