n2006

n2006 Mətbəx 14-06-2022, 11:30

Folqada İtalyansayağı Toyuq Yeməyi

Folqada İtalyansayağı Toyuq Yeməyi
Bu resept İtaliya mətbəxinin təzə məhsulların möhtəşəm dadını qorumaq və onların təbii xüsusiyyətlərini bitki aromaları ilə vurğulamaq üçün yaradıldığının mükəmməl sübutudur. Bu yeməyin bir çox faydası var. Çox tez hazırlanan bu yeməyi xüsusilə qidalanma və çəkisinə nəzarət edənlər çox sevəcək. LoaDinG.Az folqada italyansayağı toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

2 ədəd toyuq döş əti
100 qr brokoli
100 qr rəngli bolqar bibəri
1 ədəd kabak
3 ədəd pomidor
1-2 ədəd soğan
1 xörək qaşığı bitki yağı
2-3 diş sarımsaq
1 çay qaşığı pul bibər
Hazırlanma qaydası:

2 ədəd toyuq filesini yuyub suyunu süzün. Əti kiçik 2,5 sm kublara kəsin. Brokoliləri kiçik çiçəklərə ayırın. Kabakı nazik dilimlərə kəsin. Bolqar bibərini kiçik doğrayın. Pomidorların qabığını soyub, kub formasında doğrayın. Soğanı nazik, dörddəbir halqalara kəsin. Böyük bir qabda və ya vakuum salafanda bütün inqrediyentləri və ədviyyatları yaxşıca qarışdırın. Folqa kağızından 30×30 santimetr ölçüdə vərəqlər kəsin. Folqanın birini zərf kimi yarıya qədər bükün. Sonra yeməyin bir hissəsini folqaya tökün. Yeməyi folqa kağızınınn digər yarısı ilə yumşaq bir şəkildə örtün, kənarlarını iki dəfə qatlayın: əvvəlcə yanlardan, sonra uc tərəfdən. Şirənin sızmasının qarşısını almaq üçün folqa kənarlarını yaxşıca bağlamaq vacibdir. Zərf qabın üzərində çox sıx olmamalıdır. Daha sonra içi yeməklə doldurulmuş zərfləri soba sinisinə yerləşdirib, əvvəlcədən 205 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişən yeməyi süfrəyə süzülmüş düyü ilə verə bilərsiniz.

Qeyd:

Reseptdəki məhsullar 2 porsiya üçündür. Bir posriyasında 223 kkal, 9,9 qr yağlar, 22,4 qr zülallar, 12,5 qr karbohidratlar var.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 366 362 345 384 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.