n2006

n2006 Mətbəx 15-06-2022, 10:30

6 Günə Hazır Olan Göy Pomidor Turşusu

6 Günə Hazır Olan Göy Pomidor Turşusu
Turş dada malik olan göy( kal, yaşıl) pomidor ümumiyyətlə turşu istehsalında istifadə edilir. Yaşıl pomidordan 6 günə yeyə biləcəyiniz dadlı turşu hazırlaya bilərsiniz. LoaDinG.Az göy pomidor turşusunun reseptini təqdim edir.

Tərkibi:

1,5 kq göy pomidor
20 diş sarımsaq
1 dəstə nanə
1 dəstə cəfəri
yarım dəstə kərəviz
1 dolu xörək qaşığı + yarım xörək qaşığı duz
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı sirkə
Hazırlanma qaydası:

İlk öncə pomidorları yaxşıca yuyub orta ölçülü kub formasında doğrayın. Sarımsaqları da təmizləyib istədiyiniz ölçüdə doğrayın. Göyərtiləri də yaxşıca yuyub süzün və xırda doğrayın. Bir qazana doğranmış pomidor, sarımsaq və göyərti tökün. Üzərinə duz əlavə edib qarışdırın. Qazanın üzərinə qapaq qoyub 6 saatlıq kənarda saxlayın ki, suyunu buraxsın. Və ya gecədən hazırlayıb səhər davam edə bilərsiniz. Bankalara hazırladığınız pomidorları bölüşdürüb doldurun. Pomirodun suyunu da hər bankalara bölüşdürün. Ən sonda bankalara 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı sirkə əlavə edib bankalar dolana qədər soyuq su doldurun. Qapaqlarını bağlayıb çalxalayın ki, yaxşıca qarışsın. Bankaları sərin yerdə saxlayıb 6 gündən sonra açıb yeyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 381 343 394 383 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.