n2006

n2006 Mətbəx 16-06-2022, 16:40

Unudulmaz Kiyev Tortu

Unudulmaz Kiyev Tortu
Kiyev tortu hələ də ən məşhur tortlardan biridir. Bu mükəmməl tort 1956-cı ildə Kiyev qənnadı fabrikində təklif edilmiş resept üzrə hazırlanıb. LoaDinG.Az unudulmaz tortlardan Kiyev tortunun reseptini təqdim edir.

Tərkibi:

Korj üçün:

6 ədəd yumurta ağı
1,5 stəkan şəkər tozu
1 stəkan qoz və ya fındıq (çox xırda doğranmamış)
3 xörək qaşığı nişasta
Kremi üçün:

3 ədəd yumurta sarısı
1 stəkan şəkər tozu
1 stəkan süd
300 qr kərə yağı
1 xörək qaşığı kakao
Hazırlanma qaydası:

Korju hazırlamaq üçün yumurta ağını mikserlə ağaranadək çırpın. Az-az şəkər tozu əlavə edərək çırpmağa davam edin. Nişastanı yumurta ağlarının üzərinə ələyin və xırda doğranmış qoz və ya fındıq töküb qarışdırın. Hazırladığınız kütləni yağlı kağız sərilmiş soba sinisə töküb yayın. Əvvəlcədən 170 dərəcə qızıdırılmış sobada 20 dəqiqə bişirin. Daha sonra sobanın dərəcəsini 150 dərəcəyə artırın və 1 saat 40 dəqiqə bişirib, soyudun.

Kremi üçün yumurta sarısı, şəkər tozu və südü bir qaba töküb qarışdırın. Bişirib, soyudun. Yumşaldılmış kərə yağını qaşıq-qaşıq soyuyan qarışığa əlavə edərək mikserlə çırpın. Kakao əlavə edərək yenə çırpın.

Korju iki hissəyə bölüb, arasına krem yaxın. Üzərini və kənarlarını zövqə görə bəzəyə bilərsiniz.

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 442 363 374 398 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.