Heyva Yarpağından Ətirli Və Ləzzətli Dolma
Qış meyvələri arasında xoş ətri və dadı ilə bütün dünyada tanınan heyvanın yarpaqlarından çox ləzzətli dolma hazırlaya bilərsiniz. LoaDinG.Az heyva yarpağından hazırlanan dolmanın reseptini təqdim edir.
Tərkibi:
400 qr mal əti
150 qr quzu quyruğu
150 qr soğan
2 xörək qaşığı yumru düyü
1 ədəd heyva
1 diş sarımsaq
duz, istiot
keşniş, şüyüd, nanə
heyva yarpaqları
Hazırlanma qaydası:
İlk öncə mal əti, quyruq və soğanı ətçəkən maşından keçirin. Üzərinə duz, istiot, düyü, doğranmış təzə keşniş, şüyüd, nanə yarpaqları, sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edib yaxşıca qarışdırın. Bir qaba təzə yığılmış heyva yarpaqlarını yerləşdirib üzərinə qaynar su töküb yumşalana qədər kənarda saxlayın. Qazanın dibinə 2-3 yarpaq düzün. Heyva yarpağına ətdən qoyub ölçüsü böyüklüyündə uzunsov bükün. Bu qaydayla bükdüyünüz dolmaları qazana aralıqlarla düzün. Ətin kəfi çıxaraq daşmaması üçün dolmaları aralıqlarla üst-üstə düzün. Dolmaların üzərinə nazik dilimlənmiş heyva dilimləri düzün. Üzərinə yarım stəkandan az su əlavə edib ocağa qoyun. Suyu çəkilən dolmaların üzərinə əridilmiş kərə yağı və 3 ədəd limon dilimi əlavə edib daha 10 dəqiqə zəif odda bişirin.
Nuş Olsun!