n2006

n2006 Mətbəx 17-06-2022, 11:30

Dadı, Ətri və Görünüşü Heyran Edəcək Bənövşə Mürəbbəsi

Dadı, Ətri və Görünüşü Heyran Edəcək Bənövşə Mürəbbəsi
Cazibədar ətirli, zərif bənövşələrdən dadlı mürəbbə hazırlaya bilərsiniz. Ləzzətli mürəbbə olmaqla yanaşı müalicəvi xüsusiyyətləri də danılmazdır. Öskürəyə qarşı çox xeyirlidir, sinəni yumşaldır, qanı təmizləyir, sidikqovucudur. LoaDinG.Az dadlı və faydalı bənövşə mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

100 qr bənövşə
300 qr şəkər tozu
yarım limonun suyu
200 ml su
Hazırlanma qaydası:

İlk öncə bənövşələrin çiçəklərini dərib süzgəcdə yuyun. Suyunun yaxşıca süzülməsini gözləyin. Bir qazanda şəkər tozu, su və yarım limonun sıxılmış suyunu töküb qarışdırın. Şərbəti ocağa qoyub qaynadın. Qaynayan şərbətə suyu süzülmüş bənövşələri töküb mürəbbə konsistensiyasına gəldikdə ocaqdan götürün. Mürəbbəni bankalara töküb sərin yerdə saxlaya bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 407 440 422 407 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.