n2006

n2006 Mətbəx 17-06-2022, 10:00

Zümrüd Rəngli Ləzzət Kivi Mürəbbəsi

Zümrüd Rəngli Ləzzət Kivi Mürəbbəsi
Kivi müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə, məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.
Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin stressə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır. LoaDinG.Az faydalı kividən hazırlanan mürəbbənin reseptini təqdim edir.

Tərkibi:

9-10 ədəd kivi
4-5 stəkan şəkər tozu
1 stəkan su
bir neçə damçı limon suyu
Hazırlanma qaydası:

Kiviləri yuyun, qabıqlarını soyub yarım ay şəklində doğrayın. Doğranan kiviləri qazana qoyun. Üzərinə şəkər tozu və suyu əlavə edib zəif odda arabir qarışdıraraq bişirin. Qatılaşmağa başladıqda limon suyu sıxın. Təxminən 5-10 dəqiqə daha qaynadıb ocağı sondurun. Kivi mürəbbəsi hazırdır.



Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 445 350 382 402 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.