n2006

n2006 Mətbəx 17-06-2022, 14:00

Çayın Yanına Dadlı Banan Mürəbbəsi

Çayın Yanına Dadlı Banan Mürəbbəsi
Banan bir çoxlarımızın sevdiyi ləzzətli və faydalı bir meyvədir. Meyvə salatlarında , tortlarda istifadə edilən banandan hətta mürəbbə hazırlandığını bilirdinizmi? LoaDinG.Az oxucuları üçün xüsusilə səhər yeməyinin əvəzolunmazı olan banan mürəbbəsinin hazırlanmasını təqdim edir.

Tərkibi:

3 ədəd banan
1 stəkan şəkər tozu
5 xörək qaşığı su
Hazırlanma qaydası:

Bananları soyun və nazik dilimləyin. Şəkər tozunu qazana tökün, orta temperaturda davamlı qarışdıraraq rəngi tündələşənədək ( karamelize olanadək) bişirin. Şəkər tozunun rəngi dəyişdikdə suyu və sonra kəsdiyiniz bananları əlavə edin. Zəif odda qarışdırmağa davam edin. Bananlar yumşalıb qatı kütlə olduqda ocağı söndürün. Qapaqlı bankaya töküb qapağını bağlayıb soyumasını gözləyin. Hazır olan banan mürəbbəsini soyuducuda saxlayın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 422 359 382 398 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.