n2006

n2006 Mətbəx 17-06-2022, 17:30

Bir Porsionluq Vegan Dondurma

Bir Porsionluq Vegan Dondurma
Marketlərdə satılan vegan məhsulların sayı hər keçən gün artsa da ev şəraitində də hazırlaya bilərsiniz. LoaDinG.Az bir porsionluq vegan dondurmanın reseptini təqdim edir

Tərkibi:

1 ədəd banan (soyulub dondurulmuş)
1 xörək qaşığı kakao
1 xörək qaşığı fıstıq əzməsi
ədviyyat, meyvə və s.
Hazırlanma qaydası:

Dondurmanı hazırlamağı başlamazdan əvvəl bananı soyub soyuducunun dondurucu rəfində donudurun. Blender və ya mətbəx robotuna dondurulmuş banan, kakao və fıstıq əzməsi töküb qarışdırın. Zövqə görə darçın, meyvə və ya kokos əlavə edərək dadlandıra bilərsiniz. Hazırladığınız kütləni dondurma qablarına bölüşdürün və dondurucuda 1 gecə gözlədin. Daha sonra vegan dondurmanı süfrəyə verə bilərsiniz. Ölçünü artıraraq hazırlayıb soyuducuda saxlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 319 353 263 352 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.