n2006

n2006 Mətbəx 17-06-2022, 19:00

Mədə və İmmunitet üçün Faydalı Pərpətöyünlü Şorba

Mədə və İmmunitet üçün Faydalı Pərpətöyünlü Şorba
Həm yeməklərdə, həm də salatlarda istifadə olunan pərpətöyünün insan sağlamlığına bir çox faydası var. Mədənin turşu ifrazatını tarazlaşdıran və immuniteti gücləndirən pərpətöyündən asanlıqla şorba hazırlaya bilərsiniz. LoaDinG.Az ləzzətli və faydalı pərpətöyünlü şorbanın reseptini təqdim edir.

Tərkibi:

1 stəkan süzmə qatıq
2 diş sarımsaq
1 dəstə pərpətöyün
2 litr su
1 stəkan bişmiş buğda yarması
duz
Üzəri üçün:

zeytun yağı
qırmızı bibər tozu
Hazırlanma qaydası:

İlk öncə süzmə qatığı, əzilmiş sarımsağı , duz və suyu bir qabda çırpın. Pərpətöyünü xırda doğrayın və bişirdiyiniz buğda yarmasını da qarışığa əlavə edin. Üzərinə zeytun yağı və qırmızı bibər tozu tökərək soyuq olaraq süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 335 358 342 329 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.