n2006

n2006 Mətbəx 17-06-2022, 20:00

2 Günə Hazır Olan Pərpətöyün Turşusu

2 Günə Hazır Olan Pərpətöyün Turşusu
Tərkibində A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngin olan pərpətöyündən dadlı yemək, salat , şoraba hazırlanır. LoaDinG.Az faydalı bitkidən hazırlanan dadlı turşunun reseptini təqdim edir.

Tərkibi:

3 lirtlik balon üçün

7 dəstə pərpətöyün
2 ədəd qənd
6 diş sarımsaq
3 xörək qaşığı duz
1 stəkan (200 ml) sirkə
qaynar su
Hazırlanma qaydası:

Pərpətöyünləri yaxşıca yuyub suyunu süzün. Balona pərpətöyünlərin yarısını yerləşdirin. Aralarına sarımsaqların yarısını əlavə edin. Qalan pərpətöyünləri balona dolana qədər yerləşdirin. Sarımsaqları və qəndi də üzərinə qoyun. Balona sirkəni və 2 xörək qaşığı duzu da əlavə edin. Qaynar suyu dolana qədər töküb ,balonun qapağını yaxşıca bağlayın. Balonu dəzgaha əyib nehrə kimi çalxalayın ki, sirkə hər tərəfinə qarışsın. Hazırladığınız şorabanı 2 günə də açıb yeyə bilərsiniz.Və ya qapağını açmadan qışa saxlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 513 522 489 491 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.