n2006

n2006 Mətbəx 17-06-2022, 20:30

Vitaminlə Zəngin Südlü, Brokolili Tərəvəz Şorbası

Vitaminlə Zəngin Südlü, Brokolili Tərəvəz Şorbası
Südlü brokoli şorbası tərkibindəki müxtəlif tərəvəzlər və süd sayəsində ləzzətli və vitaminlə zəngin bir yeməkdir. LoaDinG.Az südlü və brokolili tərəvəz şorbasının reseptini təqdim edir.

Tərkibi:

1,5 stəkan süd
bir neçə budaq brokoli budağı
1 ədəd qırmızı bibər
1 ədəd yerkökü
2 xörək qaşığı un
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
qaya duzu, istiot, muskat qozu rəndəsi
3,5 stəkan su (və ya ət suyu )
Hazırlanma qaydası:

Tərəvəzləri çox kiçik kublara doğrayın və eyni dərəcədə bişdirmək üçün yerkökü, daha sonra bibər və brokkolini qazana töküb 10 dəqiqə suda qaynadın. Başqa bir qazanda kərə yağını əridib üzərinə unu da əlavə edin. Unun qoxusu gedənə qədər azca qovurun. Qovrulmuş unun üzərinə soyuq südün hamısını bir dəfəyə əlavə edin və tez qarışdırın. Tərəvəz suyunu da əlavə edib qaynatmağa davam edin. Qaynayan şorbaya bişmiş tərəvəzləri əlavə edin. Üzərinə duz, istiot və muskat qozu rəndəsini də əlavə edin. Şorbanın dadını yoxlayıb 10 dəqiqə qaynadın. Bişən şorbanı ocaqdan götürüb 30 dəqiqə kənarda saxlayın. Daha sonra kasaya töküb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
438 431 401 365 364 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.