n2006

n2006 Mətbəx 17-06-2022, 18:25

Mikrodalğalı Sobada “Kapuçino” Pirojnası

Mikrodalğalı Sobada “Kapuçino” Pirojnası
Dadlı və asan pirojna bişirmək istəyirsinizsə mikrodalğalı sobadan istifadə edə bilərsiniz. LoaDinG.Az zəngin qəhvə dadı ilə, inanılmaz dərəcədə zərif “Kapuçino” pirojnasının reseptini təqdim edir.

Tərkibi:

60 qr un
50 qr şəkər tozu
20 qr kakao
2 ədəd yumurta
80 qr əridilmiş kərə yağı
2 çay qaşığı şokolad pastası
çimdik duz
Kremi üçün:

200 qr 35%-lik yağlılığı qaymaq
30-50 qr şəkər kirşanı
Hazırlanma qaydası:

Bir qabda kərə yağının üzərinə şokolad pastası töküb mikrodalğalı sobada əridin. Əriyən qarışığı yaxşıca qarışdırın. Başqa qabda un, şəkər tozu, duz, kakao və yumurta töküb tel çırpıcıyla və ya mikserlə çırpın. Üzərinə əridilmiş yağlı qarışığı da töküb qarışdırın. Fincanları bitki yağıyla yağlayın və hazırladığınız xəmiri fincanın yarısına qədər tökün. Xəmiri yağlanmış fincanlara bölüşdürün. Mikrodalğalı sobaya yerləşdirin və 850 watt gücündə 2 dəqiqə bişirin. 2 dəqiqədən artıq saxlamayın, pirojna çox quruyacaq. Şirin qəhvə hazırlayın və bişən keksləri qəhvəylə isladın. İsladılmış keksləri 30 dəqiqəlik soyuducuya yerləşdirin
Kremi hazırlamaq üçün soyuq qaymağı şəkər kirşanıyla yaxşıca çırpın. Süfrəyə verməzdən əvvəl konditer torbasıyla pirojnaların üzərinə krem ​​yaxıb kakao tozu səpin



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 396 405 415 408 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.