n2006

n2006 Mətbəx 18-06-2022, 11:00

Şəkərsiz Mürəbbə Reseptləri

Şəkərsiz Mürəbbə Reseptləri
Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə yemək istəyən hər kəs üçündür.

Bu mürəbbə içərisindəki şəkər miqdarının az olması səbəbi ilə qan şəkərinin tarazlığının təşkil edilməsinə köməkçi olur, qrip və soyuqdəymədə sizləri rahatlaşdırır, həzm sistemini asanlaşdırır, uşaqlarda immunitet sisteminin inkişafına kömək edərək onları qeyri-sağlam hava şəraitindən qoruyur.
Faydalarını bu şəkildə sıraladığımız şəkərsiz cemin reseptini LoaDinG.Az sizinlə bölüşür:
Şəkərsiz çiyələk mürəbbə (cem) resepti:



Tərkibi:
4 stəkan əzilmiş çiyələk
stəkanın 4-də biri qədər limon suyu
1 stəkan bal
¾ stəkan su
Hazırlanma qaydası:
Çiyələkləri bal ilə qarışdırın. Suyu qaynadın və meyvələri su ilə qarışdırın. Limon suyunu da əlavə edib yaxşıca qarışdırıcı ilə əzin. Soyuducuda da saxlaya bilərsiniz.
Şəkərsiz portağal mürəbbə (cem) resepti:



Tərkibi:
5 ədəd orta ölçülü portağal
4 qaşıq bal
Hazırlanma qaydası:
Portağalları 8 dəqiqə qaynadın. Soyuduqda suyunu süzün və gözləyin. Portağalları bölüb orta hissəsini (nüvəsini) çıxarın və qabıqlarını da təmizləyin. Blender ilə əzin və balı əlavə edin. 25 dəqiqə zəif alovda qarışdıraraq bişirin.
Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 421 454 436 437 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.