n2006

n2006 Mətbəx 18-06-2022, 11:30

Ətirli Qozlu Gavalı Mürəbbəsi

Ətirli Qozlu Gavalı Mürəbbəsi
Qoz əlavə olunmuş ləzzətli və ətirli gavalı mürəbbəsi əzizlərinizi və qonaqlarınızı sevindirəcək. LoaDinG.Az dadlı mürəbbənin reseptini təqdim edir.

Tərkibi:

təxminən 1,3 kq gavalı
1 kq şəkər tozu
500 ml su
qoz (gavalının sayına görə)
Hazırlanma qaydası:

İlk öncə gavalını yuyun, qabığını soyun və tumunu çıxardın (çalışın ki, tumunu gavalını kəsmədən çıxardın, yonulmamış qələmlə edə bilərsiniz). İri bir qabda mürəbbəni bişirmək üçün şərbət hazırlayın. Qaynayan şərbətin üzərinə gavalıları töküb 5 dəqiqə qaynadın. Ocaqdan götürüb 5 – 6 saat saxlayın. 3 – 4 dəfə təkrar edin. Bişmiş gavalıları süzgəcə tökün məti süzülsün. Hər bir gavalının içinə bölünmüş qozu yerləşdirin. Gavalıları bankaya yığıb üzərinə qaynar məti tökün. Qapağını bağlayıb soyuması üçün kənara qoyun. Qozlu gavalı mürəbbəsi hazırdır!



Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
511 588 486 528 430 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.