n2006

n2006 Mətbəx 18-06-2022, 10:15

Yayın Ləzzəti -Alça Döyməci

Yayın Ləzzəti -Alça Döyməci
Qədim məzələrimizdən biri də Döyməcdir. Döyməc müxtəlif meyvələrlə (alça, albalı, gavalı, zoğal, alma və s.) hazırlanır. Adətən yağlı ət yeməklərinin yanında ideal salatdır. Tək başına da yeyilə biləcək ləzzətli məzədir. LoaDinG.Az alça döyməcinin reseptini təqdim edir.

Tərkibi:

alça
şüyüd, nanə
duz
Hazırlanma qaydası:

İlk öncə alçaları yaxşıca yuyun. Ənənəvi döyməc daşla əzilərək edilir. Yəqin bir çoxlarının evində hələ də yumru daşlardan var. Ya da altı düz stəkanlardan istifadə edə bilərsiniz. Alçaları döyüb, yəni əzib bir qaba tökün. Yuyulub suyu süzülmüş şüyüd və nanə yarpaqlarını xırda doğrayın. Alçaların üzərinə xırda doğranmış göyərtiləri əlavə edin və duz səpib qarışdırın. Zövqə görə döyməcə əzilmiş sarımsaq, reyhan, kəklikotu əlavə edə bilərsiniz. Döyməc hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 453 358 457 358 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.