Azer2

Azer2 İdman 18-06-2022, 12:37

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”
Niderland millisinin sabiq hücumçusu Marko van Basten Lionel Messi (PSJ) və Kriştiano Ronaldo ("Mançester Yunayted") haqda fikirlərini bildirib.

Loading.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, o, iki oyunçunun müqayisə edərkən deyib: "Kriştiano Ronaldo böyük oyunçudur. Lakin onun Messidən üstün olduğunu söyləyənlərin futboldan anlayışı yoxdur və ya bunu pis niyyətlə deyirlər. Messi unikaldır. Onu təqlid və təkrar etmək olmaz. Messi kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq ikən o, futbol dahisinin qazanına düşüb”.
Xatırladaq ki, bundan əvvəl van Basten öz versiyasına əsasən Ronaldo və Messini bütün zamanların ən yaxşı üç futbolçusu sırasına daxil etməmişdi. O, Pele, Dieqo Maradona və Yohan Kroyffu fərqləndirmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
415 463 421 401 358 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.