n2006

n2006 Mətbəx 18-06-2022, 16:00

Pambıq Kimi Yumşaq Ballı və Qozlu Biskvit

Pambıq Kimi Yumşaq Ballı və Qozlu Biskvit
Qısa müddətdə yüngül, dadlı və xoş ətirli piroq hazırlaya bilərsiniz. LoaDinG.Az qozlu və ballı piroqun reseptini təqdim edir.

Tərkibi:

200 qr un
50 qr kartof nişastası
3 ədəd yumurta
200 qr yağsız yunan qatığı
100 ml araxis yağı(pastası)
60 qr şəkər tozu
100 qr bal
50 qr qoz ləpəsi
1 paket qabartma tozu
1 paket vanil
duz
Hazırlanma qaydası:

İlk öncə yumurtaları şəkər tozuyla mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, bal və araxis yağı əlavə edib çırpmağa davam edin. Un və nişastanı ələyib yumurtalı kütləyə əlavə edin. Vanil, qabartma tozu və çimdik duz əlavə edib yaxşıca qarışdırın. Qoz ləpəsini iri formada doğrayıb biskvit xəmirə əlavə edin. Diametri 24 sm olan dairəvi qəlibi yağlayıb un səpin. Hazır xəmiri qəlibə töküb yayın. Xəmirə qoz ləpələri düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Biskvitin üzəri tez bişirsə üzərinı folqa kağızıyla örtüb bişirməyə davam edin. Biskvitin bişməyini taxta çöplə yoxlaya bilərsiniz. Süfrəyə verdikdə üzərini yoqurt və balla bəzəyə bilərsiniz.

]Qeyd:
İstəsəniz fındıq ləpəsini miqdarını artıra və ya digər çərəzlərlə əvəz edə bilərsiniz.
Yunan qatığını bərabər miqdarda süd ilə əvəz edə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 485 410 413 426 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.