n2006

n2006 Mətbəx 19-06-2022, 11:15

Xiyar Turşusunun Asan Hazırlanma Qaydası

Xiyar Turşusunun Asan Hazırlanma Qaydası
Xiyar turşusu qadınların hazırlamaqda çətinlik çəkdikləri reseptlərdən biridir. LoaDinG.Az bir çox yeməklərin yanında süfrəyə verdiyiniz turşu xiyarın ən asan hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

700 qr-lıq banka üçün –

1 budaq quru şüyüd başı
bir az qıtıqotu (xren) yarpağı
3 ədəd qarağat yarpağı
3 ədəd albalı yarpağı
1 ədəd dəfnə yarpağı
1 ədəd acı bibər
3 diş sarımsaq
bankanı dolduracaq qədər xiyar
1 çay qaşığı duz
yarım çay qaşığı şəkər tozu
1/4 hissə aspirin
5-6 ədəd dənə istiot
Hazırlanma qaydası:

İlk öncə bankaları sterilizə edin. Bankalara şüyüd başı, xren yarpağı, albalı-qarağat yarpağı, dəfnə yarpağı, sarımsaq, acı bibər və dənə istiotu töküb xiyarları doldurun. Bankalara qaynar su töküb soyumağını gözləyin. Daha sonra suyu süzün, bankalara duz, şəkər tozu və aspirin əlavə edib yenidən qaynar su tökün və qapağını möhkəm bağlayın (zakatkalayın).

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 449 426 372 433 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.