n2006

n2006 Mətbəx 20-06-2022, 11:21

Qarpız Qabığından Dadlı Turşu

Qarpız Qabığından Dadlı Turşu
Qış aylarında süfrələrdən əskik etmədiyimiz turşular yalnız sizin bildikləriniz deyil. Bunun da turşusu olurmuş? deyəcəyiniz maraqlı resept. LoaDinG.Az qarpız qabığından hazırlanan dadlı turşu reseptini təqdim edir.

Tərkibi:

qarpız qabıqları
yarım stəkandan bir az çox sirkə
3 dilim limon (və ya limon duzu)
4 çay qaşığı qaya duzu
1 baş sarımsaq
100 qram bibər
Hazırlanma qaydası:

Qarpızın ağ hissəsini kəsib istədiyiniz ölçüdə doğrayın. Bankaya ilk öncə 1 çay qaşığı duz, üzərinə bir neçə sarımsaqları doğrayıb tökün. 1 ədəd acı yaşıl bibər (acı sevirsinizsə zövqə görə artırıb azalda bilərsiniz) də töküb qarpız dilimlərindən bir az doldurun. Üzərinə limon dilimi, daha sonra qarpız dilimi. Sırayla bibər, sarımsaq, sirkə, duz, limon və qarpız qabığıyla doldurun. Banka dolanadək sırayla doldurun. Ən üstdə aroma verməsi üçün keşniş və şüyüd sapını əlavə edin. Üzərinə dolacaq qədər su töküb qapağını yaxşıca bağlayın. Bankanı sərin və qaranlıq yerdə 15 gün saxlayın. Daha sonra yeməklərin yanında süfrəyə verə bilərsiniz. Qapağı açıldıqdan sonra soyuducuda saxlayın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 452 417 393 334 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.