n2006

n2006 Mətbəx 20-06-2022, 20:00

Ət Yeməklərinin Yanında Möhtəşəm Dad Ahəngi Yaradan Baba Qanuş

Ət Yeməklərinin Yanında Möhtəşəm Dad Ahəngi Yaradan Baba Qanuş
Baba qanuş son zamanlar çox məhşurlaşan yaxın Şərq məzəsi-qəlyanaltısıdır. Bir çox yeməklərin yanında asanlıqla hazırlaya biləcəyiniz soyuq bir məzə reseptidir. LoaDinG.Az ləzzətli qəlyanaltının reseptini təqdim edir.

Tərkibi:

4-5 ədəd badımcan
2-3 diş sarımsaq
1 xörək qaşığı tahin(küncüt əzməsi)
2 çay qaşığı zeytun yağı
yarım limonun suyu
zövgə görə duz, istiot, pul bibər
1/4 çay qaşığı cirə
1 çay qaşığı labne pendiri və ya süzmə və ya qatıq (istəyə görə)
Hazırlanma qaydası:

İlk öncə badımcanın üzərində çəngəllə dəliklər açıb soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Bişən badımcanların qabığını soyub içini soyudun və çəngəllə əzin. Üzərinə 2-3 diş sarımsağı sürtgəcdən keçirib və ya sarımsaqəzən keçirib əlavə edin. Yarım limonun suyunu sıxıb badımcanın üzərinə əlavə edin. Daha sonra üzərinə tahin pastası (küncüt əzməsi), duz, istiot, pul bibər,cirə və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Üzərinə 1 qaşıq labne pendiri və ya süzmə və ya qatıq əlavə edib qarışdırın. Hazır qəlyanaltını 3-4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra üzərini zeytun yağı, pul bibər və cəfəriylə bəzəyib süfrəyə verə bilərsiniz.




Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 587 586 604 556 610

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.