Bol Vitaminli Yüngül Pomidor Şorbası
Pomidor şorbası- möhtəşəm qoxusuyla insanın iştahını qabardan bir şorbadır. Verəcəyimiz bu reseptlə hazır şorbadan daha ləzzətli olan bu yemək uşaqlarınızın da iştahını açacaq. LoaDinG.Az yüngül, ətirli və faydalı pomidor şorbasının reseptini təqdim edir.
Tərkibi:
40 qr pomidor
75 qr soğan
2 diş sarımsaq
3 xörək qaşığı 20%-lik qaymaq
15 qr kərə yağı
1 çimdik pul bibər tozu
180 ml su və ya toyuq bulyonu
duz, istiot zövqə görə
Hazırlanma qaydası:
Kərə yağını qazanda zəif ocaqda əridin. Xırda doğranmış soğanı yağda 5 dəqiqə yumşalanadək qovurun. Daha sonra əzilmiş sarımsaq və pul bibər əlavə edib 30 saniyə qovurun. Qabığı soyulub,kub formasında doğranmış pomidorları qazan töküb 5 dəqiqə bişirin. Üzərinə bulyonu və ya suyu əlavə edib 15 dəqiqə qaynadın. Şorbanı ocaqdan götürüb əl blenderiylə püre halına gələnədək əzin. Üzərinə qaymaq, duz və istiot töküb qazanı təkrar ocağa qoyub isidin. Dadlı şorbanı süfrəyə suxariylə verə bilərsiniz.

Nuş Olsun!