n2006

n2006 Mətbəx 22-06-2022, 17:30

Toyuq Filesindən Xəmirsiz Pizza

Toyuq Filesindən Xəmirsiz Pizza
Fərqli dad sevənlər üçün toyuq filesindən xəmirsiz pizza hazırlaya bilərsiniz. LoaDinG.Az xəmirsiz pizzanın reseptini təqdim edir.

Tərkibi:

3 ədəd toyuq filesi
2 ədəd pomidor
150 qr holland pendiri
4 diş sarımsaq
1 çay qaşığı tomat pastası
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
istiot
Hazırlanma qaydası:

Pomidorları halqa formasında doğrayın. Toyuq filesini orta hissəsindən kəsib ət döyənlə döyəcləyib açın. Dairəvi soba sinisini yağlayıb döyəclədiyiniz toyuq filelərini düzün. Üzərinə duz, istiot səpin. Sarımsaqları əzib üzərinə tomat və zeytun yağı töküb qarışdırın. Hazırladığınız tomatlı qarışığı ətlərin üzərinə hərtərəfli yayın. Daha sonra üzərinə pomidor dilimlərini düzüb sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əvvəlcədən 200 dərəcə qızıdırılmış sobada bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 386 383 377 333 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.