n2006

n2006 Mətbəx 23-06-2022, 13:45

Ləziz Göbələkli Toyuq Yeməyi

Ləziz Göbələkli Toyuq Yeməyi
Yeməklərə xüsusi dad verən göbələyi toyuq ətiylə bişirərək nahar üçün ləzzətli yemək hazılaya bilərsiniz. LoaDinG.Az ləziz göbələkli toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

2 ədəd soğan
2 ədəd bibər
3 diş sarımsaq
500 qr göbələk
800 qr toyuq
duz, istiot, pul bibər
əridilmiş kərə yağı
100 ml su
keşniş
Hazırlanma qaydası:

Soğanı xırda doğrayın, bibərləri təmizləyib samanvari şəkildə doğrayın. Sarımsağı da xırda doğrayın. Göbələkləri orta hissəsindən 2 yerə bölün. Bir qabda toyuğun üzərinə duz, istiot töküb yaxşıca qarışdırın. Qazana və ya dərin saca əridilmiş kərə yağı tökün. Duz, istiot vurduğunuz toyuq tikələrini yağda bişirin. Üzərinə xırda doğranmış soğanı da töküb qarışdırın. Qazanın qapağını örtüb bişirin. Daha sonra üzərinə xırda doğranmış sarımsağı töküb qarışdırın və qazanın qapağı bağlı şəkildə bişirin. Samanvari doğranmış bibərləri də əlavə edib qarışdırın. Doğranmış göbələkləri də əlavə edib bişirməyə davam edin. Yeməyə pul bibər və su əlavə edib qazanın qapağı şəkildə bişirin. Bişən yeməyə doğranmış keşniş əlavə edib ocağı söndürün.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 536 358 395 373 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.