Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Yuliya Əhmədova
Satirik janrlı rusiyalı aktrisa, prodüser, KVN komandasının keçmiş iştirakçısı olan Yuliya Oqtay qızı Əhmədova, 28 noyabr 1982-ci ildə Qırğızıstanın Çuy vilayətinin Kant şəhərində anadan olmuşdur. Atası Oqtay Əhmədov qırıcı təyyarə hərbçisi, anası ukraynalı evdar qadın. Aleksandra adlı bacısı da olan Yuliyanın atası, xidməti vəzifəsinə görə tez-tez müxtəlif hərbi hissələrə göndərilirdi ki, bununla da ailə şəhərləri dəyişirdi, bacılar isə ayrı-ayrı 6-7 məktəbdə oxuyub. Əhmədova universitetə qəbul olmaq üçün 1999-cu ildə Voronej şəhərinə gəldi. Voronej dövlət memarlıq və inşaat universitetini bitirdi. Yuliya 2005-ci ildə Moskvaya köçdü. 2003-cü ildən 2012-ci ilə kimi komandanın kapitanı, «25-ci» KVN Premyer liqasının finalçısı idi. Dəfələrlə ilin şən və hazırcavab qızı adının sahibidir. 2008-ci ildə «Универ» teleserialının ssenaristi oldu. 2012-ci ildən bəri ТНТ kanalında yayımlanan “Stand Up” teleşosunun kreativ prodüseri idi, həm də şounun 78-ci və 81-ci buraxılışlarında qonaq qismində iştirakçı olmuşdur. Üstəlik, bu şounun yarandığı gündən etibarən yeganə qız iştirakçısı və bu layihənin prodüseri idi. Bundan başqa, “Glamour” jurnalının ənənəvi «İlin qadını» 2020 mükafatının qaliblərindən biridir.






