n2006

n2006 Mətbəx 23-06-2022, 20:11

İmmuniteti Gücləndirən Acısız Bibər Turşusu

İmmuniteti Gücləndirən Acısız Bibər Turşusu
Payız və qış aylarının əvəzolunmazı olan turşulardan ən üstün tutulanı acı bibər turşusu, immunitet sisteminizi gücləndirən ən güclü probiotikdir. Bir çox yeməklərin yanında üstünlük verilən bibər turşusunu acılı və acısız reseptini tövsiyə edirik. Acılı bibər turşusu üçün qırmızı acı bibər əlavə edərək hazırlaya bilərsiniz. LoaDinG.Az hazırlanması çox asan olan acısız bibər turşusunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 qram yaşıl acı bibər
5-6 diş sarımsaq
1/2 stəkan üzüm sirkəsi
1 xörək qaşığı noxud
3 stəkan su
1-2 budaq cəfəri
Hazırlanma qaydası:

İlk öncə bibərləri yaxşıca yuyun, saplaqlarını kəsin və orta hissəsini bıçaq köməyilə deşin. Bankaya əvvəl noxudları əlavə edin. Üzərinə bibərləri yaxşıca sıxın və basın, aralarında boşluq qalmamalıdır. Başqa bir qabda isti su və duzu qarışdırın, isti halda bankaya boşaldın. Daha sonra cəfəriləri əlavə edin və qapağını bağlayın. Sərin bir yerdə ən az 7 gün gözlədin. Acısız bibər turşunuz hazırdır. Acılı istəsəniz qırmızı acı bibər əlavə edin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 375 346 362 446 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.