n2006

n2006 Mətbəx 24-06-2022, 12:01

2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu

2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu
Xiyar turşusunu çox gözləmədən qısa müddətdə necə hazırlamaq olar? LoaDinG.Az 2 həftəyə yeyə biləcəyiniz xiyar turşusunun reseptini təqdim edir.

Tərkibi:

1 kq turşuluq kiçik xiyar
yarım stəkanda bir az çox sirkə
2 xörək qaşığı xörək duzu
2 çay qaşığı şəkər tozu
yarım limonun şirəsi
1 bütöv sarımsaq (təxminən 6-7 diş)
qaynar su
Hazırlanma qaydası:

Bir qaba duz, sirkə, şəkər tozu və limon suyu töküb qarışdırın. Bankalara xiyarları doldurun, üzərinə hər bankaya 4-5 diş sarımsaq əlavə edin. Hazırladığınız marinadı bölüşdürün. Üzərinə banka dolanadək qaynar su töküb qapağını möhkəm bağlayın. Bankaları tərs çevirib bir gecə bu şəkildə saxlayın. Turşunu sərin bir yerdə saxlayın və 2 həftə sonra turşunuz hazırdır. İstəyə görə dənə istiot, şüyüd, kərəviz yarpağı kimi ətir verici əlavə edə bilərsiniz.

Qeyd:
Turşunun qapağını açdıqdan sonra mütləq soyuducuda saxlayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 411 373 395 345 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.