n2006

n2006 Mətbəx 25-06-2022, 14:30

30 Dəqiqəyə Super Ləzzətli Qaymaqlı Göbələk Şorbası

30 Dəqiqəyə Super Ləzzətli Qaymaqlı Göbələk Şorbası
Göbələk şorbası ən ləzzətli, ətirli və xüsusi bir dada malikdir. LoaDinG.Az 30 dəqiqəyə super ləzzətli qaymaqlı göbələk şorbasının reseptini təqdim edir.

Tərkibi:

135 qr şampinyon göbələyi
200 qr toyuq filesi
100 qr soğan
100 qr yerkökü
65 qr arpa yarması
50 qr kərə yağı
1,5 xörək qaşığı duz
1 xörək qaşığı pul bibər
200 qr əridilmiş pendir
1 dəstə göyərti
1,5-2 litr qaynar su
Hazırlanma qaydası:

Göbələkləri tömizləyib nazik doğrayın. Soğanları yarım halqa doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin.Toyuq filesini də orta ölüdə doğrayın. İlk öncə qazana bitki yağını töküb qızdırın. Doğranmış toyuq filesini yağda suyu çəkilə qədər bişirin. Üzərinə soğanı töküb yüngül qovurun. Daha sonra şampinyon göbələyini də əlavə edib qarışdırın və dərhal 50 qr kərə yağını əlavə edib yaxşıca qovurun. Yerkökünü, duz və pul bibərini də əlavə edib qarışıdırın. Üzərinə qaynar suyu da töküb qazanın qapağını örtün. Su qaynamağa başladıqda 65 qr yuyulub süzülmüş arpa yarmasını da əlavə edib zəif ocaqda qaynadın. Daha sonra əridilmiş pendiri də şorbaya əlavə edib qarışdırın. Üzərinə xırda doğranmış göyərti də səpib qazanın qapağını örtüb zəif ocaqda 5 dəqiqə qaynadın. Şorba hazırdır. Şorbanı isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 418 434 386 396 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.