n2006

n2006 Mətbəx 25-06-2022, 15:00

Yüngül, Faydalı Və Dietik Koul Slou Salatı

Yüngül, Faydalı Və Dietik Koul Slou Salatı
Koul Slou (Cole Slow), ənənəvi bir Amerikan kələm salatıdır. Bir çox insan bu salatı KFC kimi müxtəlif fast food restoranlar şəbəkəsinin menyusundan tanıyır.” Cole Slow” doğranmış kələm kimi tərcümə olunur. Koul slou salatı yüngül, faydalı və dietikdir. Bu salatın tərkibində A, B, C vitaminləri, həmçinin sodium, kalium, kalsium, maqnezium və dəmir vardır. Onunçün sağlam bir pəhrizə daxil edilməsi tövsiyə olunur. LoaDinG.Az dadlı və faydalı Cole Slow salatının reseptini təqdim edir.

Tərkibi:

300 qr qırmızı kələm
300 qr ağ kələm
2 ədəd yerkökü
1 dəstə cəfəri
1 banka konservləşdirilmiş qarğıdalı dənələri
Sousu üçün:

200 qr xama
1 xörək qaşığı xardal
3 çay qaşığı şəkər tozu
1 xörək qaşığı sirkə
duz, istiot
Hazırlanma qaydası :

Salatı hazırlamaq üçün kələmləri nazik doğrayın. Yerkökünü qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın. Bir qabda doğranmış kələmləri, yerkökünü,cəfərini və konservləşdirilmiş qarğıdalı dənələrini töküb qarışdırın.
Sousu hazırlamaq üçün kiçik bir qabda sirkə, duz, istiot və şəkər tozunu töküb şəkər əriyənə qədər qarışdırın. Xardal və xamanı da əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız sousu salata əlavə edin və qarışdırıb süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 508 437 408 443 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.