n2006

n2006 Mətbəx 25-06-2022, 17:50

Azərbaycan Mətbəxinin Fərqli Təamı-Badımcan Ləvəngisi

Azərbaycan Mətbəxinin Fərqli Təamı-Badımcan Ləvəngisi
Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. LoaDinG.Az cənub bölgəmizin ləzzətli badımcan ləvəngisinin reseptini təqdim edir.

Tərkibi:

6 ədəd badımcan
2 ədəd qırmızı soğan
300 qr qoz
duz, istiot,sumaq (sumax)
zövqə görə alça turşusu və ya palçıq turşusu
Hazırlanma qaydası:

Qozu çox xırda doğrayın. Soğanı soyub təmizləyin və ət maşınından çəkib acı suyunu tənziflə sıxın. Daha sonra tavada soğanı az yağda yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, sumaq, duz və istiotu töküb yaxşıca qarışdırın. Zövqə görə alça turşusu və ya palçıq turşu əlavə edin. Badımcanın arasını kəsib duzlayın, acı suyu çıxsın. Daha sonra az yağda badımcanları yüngül hər tərəfli qızardın. Qızardılmış badımcanların içərisinə ləvəngi içliyi doldurun. Tavaya yağ əlavə edib doldurduğunuz badımcanları düzüb zəif odda bişirin. Və ya içliklə doldurulmuş badımcanları yağlanmış keramik və ya şüşə soba qabına düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat, daha sonra 100 dərəcəyə endirib badımcanların rəngi tündləşənədək bişirin. Süfrəyə verdikdə yanında qarnir olaraq düyüylə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 435 448 453 475 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.