n2006

n2006 Mətbəx 26-06-2022, 12:55

Qozlu Şabalıdlı Toyuq Yeməyi

Qozlu Şabalıdlı Toyuq Yeməyi
B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə çox müsbət təsir edir. Faydalı şabalıd və qoz ilə toyuq yeməyi hazırlaya bilərsiniz. LoaDinG.Az qozlu şabalıdlı toyuq yeməyinin reseptini təqdim edir.

Tərkibi:

1 ədəd toyuq
3 ədəd soğan
300 qr şabalıd
3 xörək qaşığı xırdalanmış qoz ləpəsi
100 qr zoğan
1 ədəd qırmızı bolqar bibəri
sarıkök, duz,
1 stəkan su
yağ
Hazırlanma qaydası:

İlk öncə soğranı xırda doğrayıb tavada yağda qovurun. Sarı-qızılı rəng alan soğanların üzərinə doğranmış toyuğun hissələrini düzün, sarıkökü və duz əlavə edib qarışdırın. Qapağını baglayıb, öz buxarında zəif odda bişirin. 10 dəqiqə sonra üzərinə 1 stəkan su və bişmiş şabalıd əlavə edib təkrar bişirin. Daha sonra yeməyə zövqə görə xırdalanmış qoz ləpəsi, samanvari doğranmış qırmızı bolqar bibəri və zoğal əlavə edin 1-2 dəqiqə bişirin. Hazır yeməyi süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 318 378 362 327 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.