n2006

n2006 Gözəllik 26-06-2022, 21:00

Üzünüzü yuyanda suya sirkə əlavə edin. Əla nəticə!

Üzünüzü yuyanda suya sirkə əlavə edin. Əla nəticə!
Təbii sirkə (alma və ya üzüm sirkəsi) vitaminlər, minerallar, orqanik turşularla zəngin olan faydalı məhsuldur.
Sirkə qədim zamanlardan dəri və saçların gözəlliyi üçün geniş istifadə olunur.
Dərinin gözəlliyi üçün üzünüzü adi su ilə deyil sirkə əlavə olunmuş su ilə yuyun. 1 stəkan suya 2 x.q. təbii sirkə (esensiya yox!) əlavə edin, qarışdırın və bu su ilə üzünüzü və həmçinin boyun və dekolte zonalarını yuyun. Bunu həftədə bir neçə dəfə etmək olar.
Bu sadə vasitə dərini yaxşı təmizləyir və ağardır, dəridə regenerasiya (bərpa) proseslərini sürətləndirir, dərini cavanlaşdırır, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır, dərini daha təravətli edir.
Nəzərinizə çatdıraq ki, çox quru, nazik, zəif dəri üçün bu üsul uyğun gəlmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 410 427 387 474 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.