n2006

n2006 Mətbəx 27-06-2022, 08:30

Balqabaq Formalı Bulka

Balqabaq Formalı Bulka
Görünüşü balqabağa bənzəyən, yumşaq və dadlı bulka bişirərək uşaqlarınızı sevindirə bilərsiniz. LoaDinG.Az balqabaqlı bulka reseptini təqdim edir.

Tərkibi:

300 qr balqabaq püresi
200 ml su
125 qr kərə yağı
1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 xörək qaşığı quru maya
1 çay qaşığı duz
0,5 çay qaşığı sürtgəcdən keçirilmiş hind qozu
apardığı qədər un(təxminən 700-800 qr)
Hazırlanma qaydası:

Balqabağın qabığını soyub xırda doğrayın. Xırda doğranmış balqabaqların üzərinə su töküb 15 dəqiqə bişirin. Daha sonra bişmiş balqabaqları süzün və çəngəllə əzin. Bir qabda ilıq suda mayanı həll edib kənara qoyun. Başqa bir qabda balqabaq püresinin üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu, yumurta, sürtgəcdən keçirilmiş hind qozu və duz əlavə edib yaxşıca qarışdırın. Üzərinə ilıq suda həll olunmuş mayalı suyu və unu hissə-hissə əlavə edib ələ yapışmayan xəmir yoğurun. Üzərini örtüb 1-1,5 saat mayalanması üçün kənara qoyun. Mayalanan xəmirdən orta ölçüdə kündələr yuvarlayın. Kündələrə bir iplə balqabaq forması verin (ipi unlayın).Balqabaq formalı bulkaları yağlı kağız sərilmiş soba sinisinə düzün. Üzərinə yaxmaq üçün yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib qarışdırın. Balqabaqların üzərinə yumurta sarısı yaxıb orta hissəsinə balqabaq tumu və ya badam ləpəsi batırıb 15 dəqiqə kənarda saxlayın. Daha sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdən sonra ipləri kəsib götürün.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
530 540 520 513 522 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.