n2006

n2006 Mətbəx 27-06-2022, 16:30

Bananlı Krem ilə Möhtəşəm Expressio Tortu

Bananlı Krem ilə Möhtəşəm Expressio Tortu
Əzizlərinizi çox dadlı ,almalı, bananlı krem ilə hazırlanan möhtəşəm Expressio tortu ilə sevindirə bilərsiniz. LoaDinG.Az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

Alt qat üçün:

2 ədəd alma
Biskvit üçün:

3 ədəd yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
5 qr vanil
Xamalı-kəsmikli krem üçün:

500 qr xama (20-25%-lik)
1 stəkan şəkər tozu
250 qr kəsmik
5 qr vanil
30 qr tez həll ollunan jelatin
2 ədəd banan
bir neçə ədəd badam
1/4 plitka tünd şokolad
40-50 qr 20-% lik qaymaq
Hazırlanma qaydası:

İlk ön cə almaları təmizləyin və dilimləyin. Diametri 26-27 sm olan yağlı kağız sərilmiş və yüngül yağlanmış formaya aralıqlarla doğranmış almaları düzün.

Bir qabda yumurta sarısını 1/2 stəkan şəkər tozuyla və başqa bir qabda yumurta ağını 1/2 stəkan şəkər tozuyla çırpın. Çırpılmış yumurta ağlarını yumurta sarısıyla birləşdirin və un töküb ehtiyyatla qarışdırın. Xəmiri almaların üzərinə töküb 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəlik bişirin.

Bişən piroqu formadan çıxarıb soyudun. Jelatini yarım stəkan suda həll edin və 30 dəqiqə kənarda saxlayın. Daha sonra jelatini ilıdın və 1-2 dəqiqəlik kənarda saxlayın. Bananı əzin, kəsmik və jelatin kütləsinə birləşdirin. Bananlı kütləni xamalı qarışığa əlavə edin və yaxşıca qarışdırın. Sobadan götürdüyünüz almalı biskviti formadan çıxarın. Formaya yeni yağlı kağız sərin və biskviti formaya yenidən yerləşdirin. Üzərinə xamalı-bananlı-kəsmikli qarışığı yayın.

Kütlə soyuduqdan sonra tortun üzərinə maye qaymaqlı şokoladla və badamla bəzəyin. Yarım saatlıq və ya 1 gecə soyuducuda saxlayın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 425 439 385 375 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.