n2006

n2006 Mətbəx 28-06-2022, 07:30

Albalılı Piramida Tortu

Albalılı Piramida Tortu
Bu tortun dadı və görünüşü qəlbləri fəth edəcək. LoaDinG.Az albalılı piramida tortunun reseptini təqdim edir.

Tərkibi:

50 ml isti süd
20 qr maya
1 xörək qaşığı şəkər tozu
3 ədəd yumurta sarısı
270 qr un
100 qr otaq temperaturunda kərə yağı
İçlik üçün:

Konservləşdirilmiş albalı
Krem üçün:

150 qr kərə yağı
100 qr şəkər kirşanı
1 paket vanil
500 qr maskarpone
Üzəri üçün:

2 xörək qaşığı kokos

Hazırlanma qaydası:

İlk öncə südün üzərinə şəkər tozu və maya töküb qarışdırın. Bir qabda unun üzərinə yumurta sarısı, yumşaq yağ və mayalı südü əlavə edib xəmir yoğurun. Xəmirdən 35×26 sm ölçüdə yayın. Yaydığınız xəmirdən 10 ədəd düzbucaqlı şəkildə kəsin. Konservləşdirilmiş albalıları daha uzun kənar boyunca bir-birinin yanına qoyun və xəmiri sıx bir şəkildə yuvarlayın. Bu qaydayla yuvarladığınız xəmirləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirib soyudun.
Kremi hazırlamaq üçün kərə yağını şəkər kirşanıyla mikserlə çırpın. Üzərinə maskarpone pendirini, kokosu və vanili əlavə edib çırpmağa davam edin.
Tortu servis edəcəyiniz qaba 4 ədəd albalılı çubuqları krem yaxaraq yan-yana düzün. Daha sonra 3 ədədini kremləyib üzərindən düzün. Qalanını da üzərinə düzün və hər tərəfli kremləyin. Tortun üzərinə kokos səpib bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 497 420 436 419 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.