weher uwagi

weher uwagi özünü ☺️ nostaljik hiss edir. Məşhurlar 28-06-2022, 14:36

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Fərhad Yusifov

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Fərhad Yusifov
İndi Mark Jozef kimi tanınan Fərhad Fəttah oğlu Yusifov 10 may 1956-cı ildə Moskvada anadan olub. Sovet, sonra Azərbaycan aktyoru və rejissoru, daha sonra Kanada kinorejissoru, aktyoru, ssenaristi, montajçısı, prodüseridir. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Kinoya ilk dəvəti hələ tələbəlik illərində almışdı. Rejissor Bension (Boris) Kimyagərovun ekran əsəri olmuş “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında populyarlıq qazanıb. Yeri gəlmişkən qeyd edək ki, bu filmin bəstəkarı məşhur Azərbaycan musiqiçisi Arif Məlikovdur. O, bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, “Yarımçıq qalmış mahnı” kimi filmlərdə müxtəlif obrazları canlandırıb.
Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. O, indi Kanadanın Kvebek əyalətində yaşayır və ssenarist kimi fəaliyyət göstərir. Kanadada tammetrajlı “Aldanış” filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor – rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan Peruda çəkilmiş birinci film «Salado», 2015-ci ildə "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb. Mark Jozef hazırda "Yuxuların Səbəti" filminin növbəti buraxılışlarını çəkməklə, həm də bir bədii filmin ssenarisi üzərində həmmüəlliflik etməklə işlərini davam etdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 528 503 460 503 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.