n2006

n2006 Mətbəx 29-06-2022, 13:40

Qlintveyn- Şərab Kompotu

Qlintveyn- Şərab Kompotu
Qlintveyn – alman dilindən Glühwein (glühender wein) “İsti şərab” və ya “Şərab kompotu” deməkdir. Bu, xüsusilə Avropa ölkələrində məşhur olan içki növüdür. LoaDinG.Az hazırlanması asan olan Qlintveyn içkisinin reseptini təqdim edir.

Tərkibi:

1 litr qırmızı şərab
100 qr şəkər tozu
1 ədəd portağal
1 ədəd alma
darçın çubuğu, mixək, dəfnə yarpağı.
Hazırlanma qaydası:

Portağalı dilimləyin, almaların çəyirdəyini təmizləyin və dilimləyin. Bir qazana portağal və alma dilimlərini düzün. Üzərinə darçın çubuğu, mixək dənəsi və şəkər tozu əlavə edin. Şəkər tozunu zövqə görə artırıb azalda bilərsiniz. Daha sonra şərabı da əlavə edib zəif ocaqda təxminən 10-15 dəqiqə qızdırın (qaynatmaq olmaz!) İsti şərabı süzüb süfrəyə isti halda verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 455 428 460 443 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.