n2006

n2006 Mətbəx 29-06-2022, 15:30

Brokkolili Rəngarəng Salat

Brokkolili Rəngarəng Salat
Rəngarəngliyi ilə süfrənizi bəzəyəcək dadlı və faydalı salat. Xüsusilə pəhrizdə olanlar üçün ideal salatdır. LoaDinG.Az brokkolili rəngarəng salat reseptini təqdim edir.

Tərkibi:

2 ədəd xiyar
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
yarım rəngli bibər (qırmızı, sarı bolqar bibəri)
1 ədəd brokkoli
2-3 yarpaq kahı
1 kiçik banka konservləşdirilmiş qarğıdalı
2 xörək qaşığı zeytun yaği
1 xörək qaşığı alma sirkəsi
2 xörək qaşığı limon suyu
duz
Hazırlanma qaydası:

Xiyar,pomidor,bibəri doğrayın. Brokkolini də xırdalayıb parçalara ayırın. Bir qabda suya yarım çay qaşığı duz əlavə edib qaynadın. Brokolini suya əlavə edib yüngül bişirin. Brokoliləri sudan çıxarıb suyunu süzün. Brokoliləri də salata əlavə edin. Kahını əlinizlə xırdalayın. Suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənələrini salata əlavə edin. Süfrəyə verdikdə üzərinə zeytun yağı, sirkə, limon suyu və duz əlavə edib qarışdırın.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 399 337 298 317 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.