Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Rüstəm İbrahimbəyov
Sovet, Rusiya və Azərbaycan yazıçısı, kinodramaturq və kinorejissoru, Azərbaycanın xalq artisti (1998), Azərbaycan SSR-nin (1976) və Rusiya Federasiyasının (1995) əməkdar inscəsənət xadimi, Rusiya Federasiyasının (1993, 1996, 1998, 2000), SSRİ-nin (1981) və Azərbaycan SSR-nin (1980) Dövlət mükafatları laureatı, professor – Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, şamaxılı sənətşünaslıq professoru Məmməd İbrahim Əhməd oğlu İbrahimbəyov və Fatimə Ələkbər qızı Məşədibəyovanın ailəsində dünyaya göz açmışdır. Yazıçı Maqsud İbrahimbəyovun (1935-2016) qardaşıdır. 1963-cü ildə Azərbaycan neft və kimya institutunu bitirmiş, daha sonra təhsilini aspirant kimi Moskvada SSRİ Elmlər Akademiyasının kibernetika institutunda davam etdirdi. Avtomobil idarəetmə sistemləri nəzəriyyəsi üzrə bir neçə elmi əsəri var.
1967-ci ildə Ali ssenari kurslarını (Sergey Gerasimovun emalatxanası), 1974-cü ildə isə ÜDKİ-də (S.A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda) Ali rejissor kurslarını bitirdi.
Rüstəm İbrahimbəyov 2 iyul 2013-cü ildə Demokratik qüvvələrin müxalif milli şurasından Azərbaycan prezidentinin seçkilərində vahid namizəd kimi irəli sürüldü. Seçkilərdə iştirak etməsi üçün 4 iyulda Rusiya vətəndaşlığından imtina etdi, çünki Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikasının prezidenti seçilə bilər.
Rüstəm İbrahimbəyova məşhurluq Valentin Yejovla həmmüəllif olduğu və ekranlara çıxdıqdan dərhal sonra SSRİ-də populyarlıq qazanan «Səhranın bəyaz günəşi» filminə ssenari yazdıqdan sonra gəldi. 1970-ci illərin əvvəlində yaradıcılıq münasibətlərinin təməli qoyulan rejissor Nikita Mixalkovla bir neçə xarici ölkənin daxil olduğu kinofestivallarda silsilə mükafatlar qazanmışdı.
Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. Əksər kinofestivallarda şərəfli yerləri tutan ilk uşaq kino məktəbini Bakıda qurdu. 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarından tamaşaya qoyulub. 1989-cu ildə İbrəhimbəyov tərəfindən bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan «İbrus» kino şirkətinin əsası qoyuldu.
MDB və Baltik ölkələri kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri, RF kinematoqrafçılar ittifaqının sədri, Moskva yəhudi kinofestivalının sədri, Azərbaycan kinematoqrafçılar ittifaqının sədri, «Феликс» Avropa kinoakademiyasının və Amerika kino sənəti akademiyasının üzvü, Rusiya yazıçılar ittifaqının üzvüdür.
İbrahimbəyov 25 yanvar 2012-ci ildə Fransa incəsənət və ədəbiyyat ordenindən imtina etməsi və «Azərbaycan-Fransa» mədəniyyət əlaqələri Cəmiyyətinin prezidenti vəzifəsindən getməsi barədə bəyanat yaydı. Buna səbəb ermənilərin soyqırımını inkar etməsinə görə Fransa Senatının cinayət məsuliyyətini nəzərdə tutan qərar olmuşdur. İbrəhimbəyov, fransızları ifadə azadlığına adi vətəndaş hüququndan məhrum etdiyini qeyd edərək bu qanunun antitürk yönümlü olduğunu bildirmişdi.
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olundu. İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov, ikinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.