n2006

n2006 Mətbəx 1-07-2022, 13:30

Göbələk Sousunda Ləziz Kotletlər

Göbələk Sousunda Ləziz Kotletlər
İlk baxışdan sadə olan kotletləri müxtəlifləşdirmək istərdinizmi? Onları göbələk sousu ilə parlaqlaşdıraraq çox zərif və ətirli bir yemək ortaya çıxara bilərsiniz. LoaDinG.Az dadlı göbələk sousunda bişən kotletin reseptini təqdim edir.

Tərkibi:

400-500 qr qiymə
1 ədəd yumurta
100 qr soğan
1/4 stəkan suxari tozu
1 xörək qaşığı bitki yağı
200 qr təzə göbələk
50 qr kərə yağı
3 xörək qaşığı un
2 çay qaşığı Vusterşır sousu və ya soya sousu
500 ml su və ya ət suyu
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

Soğanı kiçik kub formasında doğrayın, göbələyi də nazik dilimləyin. Bir qabda qiymənin üzərinə soğan, yumurta, suxari tozu, duz və istiot töküb qarışdırın. Qiymədən 1 sm qalınlığında koteltlər hazırlayın. Tavaya bitki yağı töküb yaxşıca qızdırın. Hazırladığınız kotletləri zəif ocaqda hərə tərəfini 4-5 dəqiqə bişirin. Bişən kotletləri boşqaba qoyub üzərini folqa kağızıyla örtün. Kotletləri qızartdığınız tavaya kərə yağının yarısını əlavə edib göbələkləri 2-3 dəqiqə yüngül qovurun. Üzərinə soya sousu və ya Vusterşır sousu, un, duz və ət suyu əlavə edib sous qatılaşana qədər qaynadın. Qalan kərə yağını da sousa əlavə edib qarışdırın. Kotletləri tavaya sousun üzərinə düzün və 5-6 dəqiqə orta odda davamlı sousu kotletlərin üzərinə tökərək bişirin. Sous çox tez qatılaşarsa, bir az su əlavə edin. Göbələkli sousda bişən kotletləri kartof püresi və ya təzə tərəvəz salatı ilə birlikdə süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
442 486 378 450 448 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.