n2006

n2006 Mətbəx 1-07-2022, 15:30

Azərbaycanın Dadlı və Faydalı Yeməyi Cırdala

Azərbaycanın Dadlı və Faydalı Yeməyi Cırdala
Azərbaycanın bölgələrində bu dadlı və faydalı yeməyə “Cırdala”, “Balva”, “Bomba”, “Buğlama” kimi fərqli adlar verilib. LoaDinG.Az əməköməci və boyanadan hazırlanan cırdalanın reseptini təqdim edir.

Cırdalanın Tərkibi:
2 dəstə əməköməci
2 dəstə boyana (razyana)
6-7 ədəd alça turşusu
0,5 stəkan yumru düyü
3 xörək qaşığı kərə yağı
duz , istiot
1-2 ədəd yumurta
4 stəkan qaynadılmış su
Cırdalanın hazırlanma qaydası:
İlk öncə göyərtini təmizləyib, yuyub doğrayın. Qazana 2 stəkan su, doğranmış göyərti, yarım halqa doğranmış soğan, alça turşusu, düyü və duz, istiot əlavə edib orta odda bişməyə qoyun (heç qarışdırmayın!). Düyü bişib suyu çəkilənə yaxın yağ əlavə edib 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan suyu əlavə edib, bir az da qaynadın. Bir qabda yumurtanı çırpın, qarışdıraraq yeməyə əlavə edin. Hazır yeməyi isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 642 587 552 500 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.