n2006

n2006 Mətbəx 1-07-2022, 16:00

Gürcü Mətbəxinin İştahaçan Yeməyi Çaxoxbili

Gürcü Mətbəxinin İştahaçan Yeməyi Çaxoxbili
Çaxoxbili, Gürcüstan mətbəxinin ən mükəmməl yeməklərindən biridir. Hazırlanması asan olmağına baxmayaraq bu yeməyin özünəməxsus ətri və dadı olur. LoaDinG.Az nahar və ya şam yeməyinə dadlı, iştahaçan toyuqlu çaxoxbili yeməyinin reseptini təqdim edir.

Tərkibi:

1,5 kq toyuq bud və bud dibi (və ya hər hansısa bir hissəsi)
1 kq pomidor
500-600 qr soğan
50 ml bitki yağı
5 diş sarımsaq
1 dəstə keşniş
1 çay qaşığı xmeli-suneli
1 çay qaşığı acika
zövqə görə duz
Hazırlanma qaydası:

Toyuğun bud və bud dibini ayırın. Qazanda bitki yağını qızdırıb toyuq tikələrini qızılı rəng olana qədər qızardın. Qızardılmış toyuq ətinin üzərinə yarım halqa doğranmış soğanı əlavə edib 3-5 dəqiqə birlikdə qızardın. Daha sonra qazana kub formasında doğranmış pomidor (qabığı soyulmuş arzu olunandır) əlavə edin. Üzərinə kərə yağı, acika, xmeli-suneli və duzu da əlavə edib 20-25 dəqiqə qapağı bağlı şəkildə zəif ocaqda bişirin. Bişməyinə 3 dəqiqə qalmış xırdalanmış sarımsaq və doğranmış keşniş əlavə edib qarışdırınn. 3 dəqiqədən sonra ocağı söndürün və yeməyi qapağı bağlı şəkildə 10 dəqiqə kənarda saxlayın. Daha sonra boşqablara çəkib süfrəyə verə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
655 608 565 522 584 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.