Əsl Vitamin Bombası Şorba
Həm böyüklərin, həm də uşaqların sevəcəyi ləzzətli və doyurucu bir şorba hazırlaya bilərsiniz. LoaDinG.Az konservləşdirilmiş qarğıdalı və toyuqla hazırlanan ləzətli şorbanın reseptini təqdim edir.
Tərkibi:
500 qr toyuq budu və ya hər hansı bir hissəsi
2-2,5 litr su
100 qr yerkökü
100 qr soğan
250 qr kartof
1 banka koservləşdirilmiş qarğıdalı dənəsi
3 ədəd yumurta
2 xörək qaşığı bitki yağı
bir neçə budaq şüyüd
duz, istiot zövqə görə
zövqə görə 1/4 çay qaşığı zəncəfil tozu
Hazırlanma qaydası:
Toyuq bud dibinin üzərinə su tökün və bişirib bulyonunu çıxarın. Bişən ətləri sümükdən ayırıb kiçik tikələrə bölün və yenidən bulyona qaytarın. Soğan, yerkökü və kartofu kub formasında doğrayın. Doğranmış tərəvəzləri orta ölçülü qazanda kərə yağında bir neçə dəqiqə qovurun. Qovrulan tərəvəzləri ət və bulyon olan qazana tökün. Konservləşdirilmiş qarğıdalı dənələrini də əlavə edib qaynamağa qoyun. Duz və istiot əlavə edib zəif ocaqda 10-15 dəqiqə bişirin. Yumurtanı kasada çəngəllə çırpın və davamlı qarışdıraraq yavaşca şorbaya töküb 5 dəqiqə bişirin. Şorbanı daha parlaq etmək üçün zəncəfil tozu əlavə edə bilərsiniz. Şorbanı süfrəyə verdikdə üzərinə doğranmış şüyüd səpin.

Nuş Olsun!