Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - İbrahim Hüseynov
Əslən azərbaycanlı olan fransız teatr və kino aktyoru, rejissoru, prodüseri və «Marinyi teatrı»nın bədii rəhbəri Rober Osseyn (doğum adı: fr. Abraham Hosseinhoff; aze.İbrahim Hüseynov) 30 dekabr 1927-ci ildə Parisin XII dairəsində anadan olmuşdur. Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur. O, həm də Avrasiya Akademiyasının üzvlərindən biridir.
Atası – fransız bəstəkarı və skripka ifaçısı Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Milliyyətcə yəhudi olan anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası, Anna Minevskaya idi.
Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olmuşdur. Rober Osseynin kino karyerası «Sarışınlar sahili» filmindəki rolu ilə başlayıb. Qamətli, aydın sifətli, duru baxışlı gənc — o, kino həvəskarlarının yadında beləcə qalıb. Dram dərnəklərində məşğul olması, məşhur Rene Simon kursunu bitirməsi və «Qran qinol» teatrında çıxışları onun sənətdə atdığı ilk addımları idi. Rene Simon kursunda aktyorluqla yanaşı, rejissorluq təcrübəsinə də yiyələnmişdi. İlk dəfə ekrana çıxanda Rober 21 yaşındaydı. O, təhlükəli cinayətkar, quldur və məkrli insan rollarını özünəməxsus bir ustalıqla oynayırdı. «Düseldorflu vampir» adlı psixoloji-kriminal dramındakı Pyotr Kurten də məhz belə obrazlardandır. Rober Osseyn tamaşaçı sevgisini bu yolla qazandı, ürəkləri bu yolla fəth elədi. O, tamaşaçı sevgisini öz qəhrəmanlarına oyatdığı nifrətdən qazanırdı.
1955-ci ildə Rober Osseyn özündən on yaş kiçik olan gənc aktrisa, rus mənşəli fransız aktrisası Marina Vladi (sağdır, 84 yaşı var) ilə evlənir. Onların yaradıcılığına nəzər salanda belə qənaətə gəlmək olur ki, evlilikləri sənətə yeni bir aktyor dueti bəxş eləyib və bundan fransız kinosu udub, qazanıb. Belə götürəndə, onları birləşdirən də elə kino olub. Bu nigahdan İqor (1956) və Pyotr (1959) adlı iki oğlanları var. Rober Marinanı özünün ilham pərisi sayırdı. Evlilikləri barədə Osseyn belə deyir: «Mən Marinanı ilk dəfə görəndə onun on beş yaşı vardı, balet məktəbində oxuyurdu. Məndən on yaş kiçik idi. Otağımın divarlarını onun şəkillərilə bəzəmişdim. O, adamın ağlını başından çıxaracaq dərəcədə gözəl, alagöz, nərmənazik qız idi. Onda mən «Yaramazlar cəhənnəmə gedirlər» adlı ilk filmimi çəkməyə hazırlaşırdım. Marinanı baş rolda çəkilməyə dəvət elədim, o razılaşdı. Çəkiliş meydançasından isə bizim məhəbbətimiz başladı…»
Rober Osseyn səksəndən çox ekran əsərində çəkilib. Əsasən qanqsterlər və kölgəli rollar oynayırdı. Kimisi onu daha çox kino aktyoru, kimisi isə teatr sənətçisi kimi qəbul edir. Son illər teatr rejissorluğuna daha çox yer verən Rober, yalnız fransız dramaturqlarının deyil, dünya klassiklərinin əsərlərinə də dönə-dönə müraciət edir. Şekspir, Dostoyevski, Edqar Po kimi yazıçıların qəhrəmanlarını fransız səhnəsinə gətirib. O, 1970-ci ildən başlayaraq doqquz il Reymsdəki Milli xalq teatrının rəhbəri olub. 1985-ci ildə «Yuli Sezar», onun ardınca «Leon xidmətçisinin işi», «Səfillər», «İsus adında insan» və digər əsərlərə səhnə quruluşu verib və bu quruluşlar maraqla qarşılanıb.
Roberin 15 il sürdüyü ikinci (Karolin Elyaşev) evlilikdən Nikolə adlı bir oğlu, sonuncu evlilikdən (Kendis Patu) isə Jülyen adlı dördüncü oğlu dünyaya gəldi.
31 dekabr 2020-ci ildə vəfat etmişdir. Vəfatı ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aktyorun ailəsinə başsağlığı verib.