n2006

n2006 Mətbəx 1-07-2022, 10:59

Səhər Yeməyi Üçün Pendirli Vafli

Səhər Yeməyi Üçün Pendirli Vafli
Bariz bir pendir dadı ilə vafli reseptini sınayın. Bu inanılmaz ləzzətli vafli səhər yeməyi süfrəsində ailənizin sevəcəyi bir dad olacaq. LoaDinG.Az pendirli vaflinin reseptini təqdim edir.

Tərkibi:

2 ədəd yumurta
150 qr xama
25 qr kərə yağı
2 çay qaşığı şəkər tozu
1/2 çay qaşığı duz
1/3 çay qaşığı sarımsaq tozu
2/3 çay qaşığı qabartma tozu
160 qr un
100 qr yarımbərk pendir
10 qr kiçik cəfəri dəstəsi
Hazırlanma qaydası:

Bir qabda yumurta, xama, şəkər tozu, duz, sarımsaq tozu və əridilmiş kərə yağını tel çırpıcıyla qarışdırın. Üzərinə rəndələnmiş pendir və xırda doğranmış cəfəri əlavə edib qarışdırın. Qarışdırdığınız kütlənin üzərinə ələnmiş un və qabartma tozu əlavə edib qarışdırın. Vafli aparatını qızdırın və xəmiri yerləşdirib bağlayın. Vaflini qızıl qəhvəyi olana qədər bişirin, təxminən 5-7 dəqiqə (vafli aparatından asılı olaraq). Bişən vafliləri süfrəyə verə bilərsiniz.

Səhər Yeməyi Üçün Pendirli Vafli







Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 601 554 608 552 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.