n2006

n2006 Mətbəx 1-07-2022, 11:02

Çox Asan Və Ləzzətli Çörək Dilimindən Pizza

Çox Asan Və Ləzzətli Çörək Dilimindən Pizza
Səhər yeməyi üçün dadlı və asan bir resept. LoaDinG.Az çörək dilimində hazırlanan pizzanın reseptini təqdim edir.

Tərkibi:

8 dilim çörək
kərə yağı
4-5 ədəd yaşıl bibər
100-150 qr kolbasa
3 ədəd orta ölçülü pomidor
holland pendiri
Hazırlanma qaydası:

Çörək dilimlərini otaq temperaturunda yumşaldılmış kərə yağıyla yağlayın. Bibərləri və kolbasanı kub-kub doğrayın. Pomidorların qabığını soyub kub formasında doğrayın. Pendiri sürtgəcdən keçirin. Yağlanmış çörəklərin üzərinə doğradığınız kolbasa, bibər və pomidorları düzün. Zövqə görə zeytun, sosiska əlavə edə bilərsiniz. Üzərinə rəndələnmiş pendir də səpib soba sinisinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişən pizzaları isti halda süfrəyə verin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 356 372 294 356 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.