n2006

n2006 Sağlamlıq 2-07-2022, 12:00

Yanıq zamanı çox sadə YARDIM ÜSULU

Yanıq zamanı çox sadə YARDIM ÜSULU
Təəssüf ki, insanlarımızın əksəriyyəti həkiməqədər ilk yardımın necə düzgün göstərilməsi haqqında məlumatsızdır. Söhbət hətta infarkt, insult kimi ağır hallardan deyil, adi yüngül məişət travmalarından gedir.

Məişətdə ən yayılmış travmlardan biri yanıqdır. Ailə üzvləriniz, dostlarınızdan soruşun - qaynar su və ya isti əşyaya toxunduqdan sonra yanıq əmələ gəlibsə yardım necə göstərilməlidir? Heç şübhəsiz ki, "yumurta çək", "diş pastası ən yaxşı vasitədir", "qatıq hamısından yaxşıdır", "bitki yağı sürt, bağla", "bir az bal çək" və s. kimi biri birindən "faydalı" məsləhətlər alacaqsınız. Təbii ki, bunlar hamısı səhvdir.

Xanim.az bildirir ki, zərərçəkmişin vəziyyətini yüngülləşdirmək, ağrıları azaltmaq, suluqların əmələ gəlməsinin qarşısını almaq üçün yanmış sahəni sadəcə 10-15 dəqiqə ərzində soyuq axar suyun altında saxlamaq lazımdır. Bu qədər.

Yanıq zamanı artıq istilik yaranır. Bu istilik hətta isti əşya və ya qaynar su ilə təmas qurtarandan sonra dərini və daha dərində yerləşən toxumaları zədələməyə davam edir. Bu artıq istiliyi "çıxartmaq" lazımdır. Soyuq axar su burada ən yaxşı vasitədir.

Əksinə yanmış sahəyə yumurta, yağ, bal, "pasta" və s. kimi "vasitələr" çəkiləndə artıq istilik çölə çıxmır, zədələnmiş yerdə qalır və yanıq prosesi davam edir. Dediklərimiz günəş yanıqlarına da aiddir, orada da ilk yardım soyuq axar sudan başlamalıdır.

Zədələnmiş yeri soyuq su ilə soyudandan sonra ona "zövqünüzə görə" yağ, bal, yumurta və s. çəkə bilərsiniz. Bu heç bir fayda verməsə də, artıq ziyan da vurmayacaq.

Nəzərə alın ki, yanmış yerə buz da qoymaq olmaz. Soyuq olsa da buz dərini daha da "yandıracaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 367 329 317 337 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.