n2006

n2006 Mətbəx 3-07-2022, 09:00

Sobada Mərmər Toyuq Ruleti

Sobada Mərmər Toyuq Ruleti
Toyuq filesindən dadlı və şirəli rulet hazırlaya bilərsiniz. Müxtəlif ədviyyatların əlavə edilməsi sayəsində toyuq ruleti yalnız dadı və ətri ilə deyil, həm də xarici görünüşü ilə sizi sevindirəcək. Toyuq ruletini dilimlədikdə görünüşü mərmərə bənzədiyi üçün adı da buradan götürülüb. LoaDinG.Az dadlı qəlyanaltının reseptini təqdim edir.

Tərkibi:

800 qr toyuq filesi
1 çay qaşığı şirin qırmızı bibər tozu
1 çay qaşığı şüyüd qurusu
1 çay qaşığı duz
zövqə görə istiot
3 diş sarımsaq
20 qr jelatin
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini bıçaqla xırda-xırda doğrayın və ya blenderlə xırdalayın. Bir qabda doğranmış toyuq filesinin üzərinə duz, istiot, şüyüd qurusu, bibər tozu və xırdalanmış sarımsaq əlavə edib qarışdırın. Üzərinə tez həll olunan jelatin də əlavə edib yaxşıca qarışdırın. Hazır kütləni soba paketinə yayıb kolbasa formasında bükün. Soba paketinin kənarlarını möhkəm bağlayın. Folqa kağızına da büküb soba qəlibinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişən ruleti sobadan çıxarıb otaq temperaturunda soyudun. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra soba paketini çıxarıb dilimləyin. Bu zərif, ətirli və dadlı rulet istənilən masa üçün soyuq qəlyanaltı olacaq.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
562 624 489 527 488 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.